Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov oktyabrın 18-də saat 10:00-da Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının inzibati binasında Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşlarla görüşəcək.
DGK-dən hafta.az-a bildirilib ki, görüş zamanı Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün 195 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.