DGK xətti ilə büdcə daxilolmaları kəskin artıb

15:49 14.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-fevral ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 820 837,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur.

Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,2% artaraq 195 712,6 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 46,5% artaraq 598 807,7 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk iki ayında daxilolmalar 11,4% azalaraq 17 930,3 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 8 386,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 45,2% çoxdur.

Bu ilin fevral ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 416 884,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 32,2%, bu ilin yanvar ayı ilə müqayisədə isə 3,2% çoxdur.

Bu ilin fevral ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 24,2% artaraq 101 509,4 min manat olub. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu göstərici 7,7% artıb.

Həmçinin, cari ilin fevral ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 40,1% artaraq 301 093,9 min manat (bu ilin yanvar ayı ilə müqayisədə 1,1% çox), aksizlər üzrə 14,3% azalaraq 9 546,9 min manat (yanvar ilə müqayisədə 13,9% çox), yol vergisi üzrə daxilolmalar isə 57,3% artaraq 4 734,5 min manat (yanvar ilə müqayisədə 29,6% çox) təşkil edib.