DİN karantin qaydalarını pozan müğənni və restoran barədə məlumat yayıb

12:39 22.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

Sosial rubrikasından digər xəbərlər