"Azərbaycan özünün qəti mövqeyini 44 günlük müharibədə, eləcə də post-müharibə dövründə həyata keçirilən mina təmizliyi-bərpa işləri, erməni təxribatlarına qarşı əks əməliyyatlar və Ermənistanın sülhə gətirilməsi üçün təklif etdiyi yol xəritəsi prinsipləri ilə bildirib. Ölkəmizin milli maraqlarının təmin olunmasında Prezident İlham Əliyevin bir addım belə geri çəkilməyəcəyi hər keçirilən danışıqlarda bir daha bəyan edilir".
Bunu hafta.az-a "Yeni Xətt" Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Prezident İlham Əliyevin Moskvaya səfəri və çıxışını dəyərləndirərkən bildirib.
Ekspett mayın 25-də Rusiya prezidenti V,.Putinin dəvəti ilə Avrasiya İqtisadi Forumunda müşahifəçi qusminfə iştirak edən Azərbaycan Prezidentinin keçirilən üçtərəfli görüş zamanı sərgilədiyi prinsiplərin ölkənin güclənən iqtisadi inkişaf tempi üzərindən Zəngəzur dəhlizinin açılması ilə regiona veriləcək iqtisadi töhfələr əsnasında bir daha ifadə edib və Ermənistan da daxil olmaqla bu dəhlizin əhəmiyyətini hər kəsə bəyan edildiyini ömə çəkib.
Ekspert hesab edir ku, siyasi texnologiyaları bilən, siyasi biliklərə yiyələnən hər bir kəs bunun fərqindədir.
"Artıq biz deyə bilirik ki, öz torpaqlarımızın, dövlətimizin, öz vətənimizin sahibiyik və heç zaman bu məsələdə heç kimə güzəşt olunmayacaq. Vətən muharibəsinin başlanması və qısa zamanda qələbə ilə bitməsi hərbi taktika ilə yanaşı, həm də siyasi və diplomatiyamızın strategiyası və taktikasının mükəmməl hazırlanmasının numunəsi idisə, danışıqlar prosesini həm də ölkəmin iqtisadi potensialı üzərindən inkişaf edir. Noskva səfərinə gəlincə, umumiyyətlə, istənilən xarici səfərlərlərdə və görüşlərdə Ölkəmizin başçısının davranış qaydaları digər tərəflə muqayisə olunmazdı. Bu üstünlüklər açıq görsənir. Son zamanlar diplomatik və iqtisadi dil ilə öturduyumüz siyasi mesajlar sərrast və hədəfə təsir etmək üçün çox mükkəməl bir seçimdir. Əslində bu uğurlar hamsı Azərbaycanın dövlət olaraq aktivinə yazılır. Normal şüura malik olanlar bunu dəyərləndirməyi bacarmalıdır".