Direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu yekunlaşıb

11:43 22.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən hafta.az-a bildiriblər ki, nəticələrə görə, 3 min 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 min 273 nəfərin elektron ərizəsi təsdiqlənib. 

Müsabiqənin növbəti mərhələsi - test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.