Distant təhsilə keçən siniflərin sayı

11:29 29.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirusa görə distant təhsilə keçən siniflərin sayı açıqlanıb.

 

Təhsil Nazirliyindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, pandemiya səbəbindən ölkə üzrə 542 sinif distant təhsilə keçib.

 

"Bu, ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir", - nazirlikdən bildirilib.

 

Qeyd edək ki, Azərbaycanda sentybarın 22-dən aşağı siniflərdə (I-IV), sentybarın 29-dan isə yuxarı siniflərdə (V-XI), ali məktəblərdə və kolleclərdə ənənəvi tədris bərpa edilib.