Dünya Bankı Mərakeşə yardım təklif edib

09:55 10.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya Bankı Mərakeşə dağıdıcı zəlzələdən sonra bərpa işlərində hərtərəfli yardım təklif edib.

Hafta.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.

“Biz krallığa ən yüksək səviyyədə dərin hüznlə başsağlığı verdik və bu fəlakətlə bağlı ölkəyə hərtərəfli yardımımızı təklif etdik. Hazırkı mərhələdə bizim diqqətimiz yalnız Mərakeş xalqına və bu faciənin öhdəsindən gəlməyə çalışan hakimiyyət orqanlarına yönəlib”, - məlumatda deyilir.