Dünyanın ən bahalı şəhərləri - EİU siyahını açıqladı

13:30 05.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada ən bahalı həyat standartlarının mövcud olduğu şəhərlərin siyahısını tərtibləyən "Economist İtelligence Unit" (EİU) tərəfindən hər il hazırlanan "Worldwide Cost of Living" reytinqi açıqlanıb.

Hafta.az-ın yazdığına görə, geyim xərclərindən tutmuş kirayə qiymətlərinədək müxtəlif məhsul və xidmətlərin maya dəyəri nəzərə alınmaqla yaradılan reytinqin ilk pillələrində Nyu York və Sinqapur qərarlaşıb. Bu ölkələri Tel-Əviv, Honq-Konq, Los-Anceles, Sevr, Cenevrə, San-Fransisko, Paris, Kopenhagen və Sidney izləyir.

Ukraynada müharibə başlayanda rublun sürətlə ucuzlaşması ilə rekord ucuzlaşan Moskva və Sankt-Peterburq şəhərləri siyahıda müvafiq olaraq 80 və 70 pillə yüksələrək 37 və 73-cü yerlərə yüksəliblər.

170-dən çox ölkədə qiymətlərin müqayisə edildiyi araşdırmada Ukraynadakı münaqişə səbəbindən bütün dünyada yaşayış minimumunun artdığı qeyd edilib.

Oxunma sayı 1609