Dünyanın rəmzi komandası açıqlanıb

17:18 05.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyanın 2023-cü il üçün rəmzi komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, ötən ilin "11-liy"ini İFFHS tərtib edib.

Komanda 3-4-3 sxemi ilə qurulub. Yalnız İngiltərə millisi "11-lik"də iki futbolçu ilə təmsil olunub. Kriştiano Ronaldo bu dəfə rəmzi komandadan kənarda qalıb. Lionel Messi isə "11-lik"də yer alıb.

Qapıçı: Ederson (Braziliya);

Müdafiəçilər: Ruben Diaş (Portuqaliya), Kim Min Je (Cənubi Koreya), Alfonso Devis (Kanada);

Yarımmüdafiəçilər: Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə), Kevin de Bruyne (Belçika), Lionel Messi (Argentina);

Hücumçular: Harri Keyn (İngiltərə), Erlinq Haland (Norveç), Kilian Mbappe (Fransa).