Ehud Barak xalqı Knesseti mühasirəyə almağa çağırdı

09:48 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail polisinin girovların dəyişdirilməsi və erkən seçkilərin keçirilməsi tələbi ilə keçirilən etiraz aksiyalarına müdaxiləsindən sonra keçmiş baş nazir Ehud Barak hökumət başçısı Benyamin Netanyahu hökuməti yıxılana qədər etirazların və Knessetin mühasirəsinin görünməmiş şəkildə artırılmasını istəyib.

Hafta.az-ın yazdığına görə, polisin aksiyaya hücumları girovların ailələri də daxil olmaqla çox sayda insanın yaralanmasına, briqada generalı Amir Haskel kimi bəzi etirazçı liderlər də daxil olmaqla 21 nəfərin saxlanmasına səbəb olub.

Barak ictimaiyyətə xitabən Netanyahunu istefaya məcbur etmək üçün 3 həftə ərzində ölkədə iqtisadi həyatın iflic olacağı hərtərəfli vətəndaş itaətsizliyi aksiyalarına və təzyiq vasitəsi kimi 30-40 min insanın gecə-gündüz Knesset binasını mühasirəyə göndərilməsini istəyib.

“Düşmən xətti arxasında təhlükəli hərbi əməliyyatlara” rəhbərlik etdiyinə görə İsrail tarixində ən yüksək medallara layiq görülmüş Barak həm də Baş Qərargah rəisi, müdafiə naziri və komando birləşmələrinin rəisi vəzifələrində çalışıb. Barak açıqlamalarında “İsrail Həmas-la mübarizə apardığı üçün deyil, Netanyahu hökumətinin hakimiyyətdə olması səbəbindən tarixinin ən təhlükəli vəziyyəti ilə üzləşib. O, müharibəni avantürist şəkildə aparan, şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutan, nəyin bahasına olursa-olsun hakimiyyəti əldə saxlamaq istəyən təhlükəli adamdır. ABŞ prezidenti Co Bayden üzərində qalib gəlmək və Milli Təhlükəsizlik naziri İtamar Ben-Qviri razı salmaq arasında seçim edərkən, o, tərəddüd etmədən Ben-Qviri razı salmağı və Baydenlə münaqişəyə girməyi seçir” deyib.

Oxunma sayı 199
Siyasət rubrikasından digər xəbərlər