Əhvaz, Ramşir və Sirik şəhərlərinə zərbələr endirilib

09:14 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ ordusunun İranın Hörmüz boğazı yaxınlığında yerləşən Hörmüzqan vilayətinin Sirik şəhərinə və İraq sərhədinə yaxın Xuzistan vilayətindəki Əhvaz şəhərinə hücum həyata keçirdiyi bildirilir.

Hafta.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, ABŞ tərəfindən Əhvaz, Ramşir və Sirik şəhərləri hədəf alınıb.

Xuzistan Valiliyi Əhvaz şəhərinin bəzi nöqtələrinə ABŞ tərəfindən raket zərbələri endirildiyini açıqlayıb.

Ramşir və Sirik şəhərlərinə təşkil edilən hücumların təfərrüatları barədə isə hələlik ətraflı məlumat verilməyib.