Əlahiddə Ümumqoşun Orduda növbəti komanda-qərargah təlimi keçirilib

17:03 05.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb.

Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.

Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanılaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırıqlar icra olunub.

Komanda-qərargah təliminə cəlb olunan tank, artilleriya, hava hücumundan müdafiə və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən uğurla gələrək ümumqoşun bölmələrinin qarşısında dayanan tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

Təlimin gedişində xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində, çətin keçidli dağ və qayalıq ərazilərdə müxtəlif kəşfiyyat tapşırıqları, o cümlədən şərti düşmənin vacib obyektlərinə basqın tapşırıqları yerinə yetirilib.

Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin səmərəli istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib.

Yekunda əməliyyatların planlaşdırılmasında qərargahların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib və müxtəlif qoşun növü birləşmələrinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanıb.

Oxunma sayı 133
Gündəm rubrikasından digər xəbərlər