Əlcəzair səfiri Səfirliyin kollektivi ilə vidalaşdı

10:20 31.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Əlcəzairin ölkəmizdəki səfiri xanım Səlimə Abdelhaq diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar səfirlik əməkdaşları ilə vida görüşü keçirib.
 
Hafta.az-ın yazdığına görə, xanim diplomat səfirlik əməkdaşlarından razılıq edərək, onları qalib komanda kimi gördüyünü deyib və Bakıda işlədiyi dövrdə ona göstərdikləri köməyə görə hər birinə minnətdarlığını bildirib.
O, həmçinin vurğulayıb ki, Əlcəzairlə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, öz missiyasının uğurla nəticələnməsinə həm diplomatlar, həm də ölkələrini çox yüksək səviyyədə təmsil edən yerli əməkdaşlar böyük töhfə veriblər.