Yazını böyüt
Yazını kiçilt
“Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin keçirilməsi strateji gedişdir”.
Hafta.az xəbər verir ki, bunu deputat Elman Nəsirov Prezident İlham Əliyevin Macarıstana səfəri və orada TDT-nin qeyri-rəsmi sammitində iştirakı barədə bildirib.
Deputat qeyd edib ki, müşahidəçi statusunda olan bir dövlətin sammit keçirməsi asan olmadığı qədər də maraqlı hadisədir. Onun fikrincə, bu proses məhz Azərbaycan Prezidentinin strateji gedişi ilə Şuşada başladılıb.
“Bu sammitin bünövrəsi Şuşada qoyulub. Tarixdə qalacaq 71 bənddən ibarət Budapeşt bəyannaməsi mühüm əhəmiyyətə malikdir”.