Futbol dünyanın ən çox sevilən və ən çox izlənilən idman növü olsa da, şahmat da tarixən onun qədər bəşəriyyətin diqqətini çəkmiş elitar idman sahəsidir.
Hafta.az-ın yazdığına görə, FIDE dünyanın ən yaxşı şahmatçılarının yaşadığı ölkələrin siyahısını tərtib edib. Bu siyahıda Azərbaycanın da adı üst pillələrdə yer alır.
Siyahıda ilk yeri tutduğunu nəzərə alsaq ən yaxşı şahmatçılar yetişən ölkə Rusiyadır. İkinci pillədə ABŞ, üçüncüdə isə Çin dayanır. Hindistan siyahıda dördüncü, Ukrayna beşinci yerdə qərarlaşıb.
Hər zaman beynəlxalq yarışlarda qələbə qazanan, bu olmadıqda isə ən azında ilk yerlərdən birini tutat şahmatçıları ilə öyünən Azərbaycan dünya ölkələri arasında yeddinci pillədə özünə yer edib. Fransanın doqquzuncu olduğu ilk onluğu Polşa tamamlayır.
Qardaş ölkə Türkiyə siyahıda 25-ci pillədə qərarlaşıb.