Erməni deputatları PARTLATMAQ İSTƏDİLƏR

17:17 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İrəvanda naməlum şəxslər Ermənistanın hakim partiyasının ofislərindən birinin yaxınlığında partlayıcı qurğular yerləşdiriblər. Hafta.az Ermənistan KİV-ə istinadla xəbər verir.

Hadisə yerinə polis rəisi Aram Hovhannisyanın başçılığı ilə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Təhlükəsizlik qüvvələri cihazı aşkar edərək zərərsizləşdirib.

Bir neçə gün əvvəl həmin küçədə daha bir qurğu tapılıb, daha sonra partlayıcılar Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Qurgen Arsenyanın ofisinin yaxınlığında yerləşdirilib.

Oxunma sayı 430
Siyasət rubrikasından digər xəbərlər