Son vaxtlar Paşinyan özü də, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Azərbaycan və Türkiyə ilə münasibət qurmaq məsələlərini qabardırlar. Onlar özləri də aydın başa düşür ki, indiyədək qəsbkarlığa, saxtakarlığa adət etmiş bu ölkənin başqa çıxış yolu yoxdur.
Bu fikirləri hafta.az-a politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, erməni tayfası yalnız bədbəxt deyil, həm də xəstədir:
"Əsrlərlə bunların beyninə əsasən Rusiya tərəfindən “Böyük Ermənistan” xülyası sırınıb. Bu binəvaların özlərinə həmin yalançı ideyanın real bir faydası olmayıb. Həmişə qapazaltı olublar. Təsəvvür edin ki, 1829-cu ildən Ermənilər Çar Rusiyası tərəfindən İrəvana köçürülsə də, bu şəhəri erməni şəhəri kimi təqdim etsələr də, 1879-cu ilədək İrəvanın qradonaçalniki, yəni başçısı erməni olmayıb, yalnız ruslar olub..."