Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun müvəqqəti(!) olaraq Rusiyanın rəsmən “sülhməramlı” sayılan hərbi kontingentinin nəarətində qalan hissəsinqə himayə olunan separatçı-terrorçu erməni rejimi hüquqi-tarixi ərazilərimizdə qanunsuz məskunlaşdırma istiqaməti üzrə işləri davam etdirir.
Hazırda “Hayastan” ümumerməni fondu Azərbaycan Respublikası Xocalı rayonunun işğal altındakı mərkəzində 240 mənzildən ibarət 20 yaşayış binası və 86 fərdi yaşayış evi tikir.
Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin məlumatına görə, bu barədə “Hayastan” ümumerməni fondu informasiya yayıb.
Məlumatda bildirilir ki, evlərin tikinti işləri yekun mərhələdədir, ərazinin abadlaşdırılması və infrastrukturun təminatı işlərindən sonra istifadəyə veriləcək.