2019-cu ildə Rusiyadan Su-30 qırıcıları alaraq Azərbaycana qarşı hədələrini artıran Paşinyan Hökumətinin 44 günlük müharibədə aldığı ağır məğlubiyyətdən sonra bu qırıcıların heç bir işə yaramadığı ortaya çıxdı. Müharibə nəticəsində ehtiyatında olan Su-25 qııcılarını itirən Ermənstan dövləti artıq tamamilə hərbi-hava qüvvələrindən məhrum olub.
Rusiyanın avia.pro saytının yazdığına görə, Ermənistan Rusiyadan 12 ədəd Miq-29 qırıcılaı almağı nəzərdən keçirir. Sonuncular İrəvanın rəqiblərinin, Azərbaycan və Türkiyənin balansında olan qırıcılarla effektiv mübarizə aparmağa qadirdir. Mütəxəsislər bu qırıcıların ixracının daha asal və xeyli ucuz olduğunu vurğulayırlar. Lakin hələlik bu məsələ ilə bağlı rəsmi İrəvan və Rusiyadan hər hansı açıqlama verilməyib.