“Ermənistanın təxibatçı fəaliyyətini qınayıram. Azərbaycan Prezidentinin Fransa ilə danışıqlara getməyəcəyini dəstəkləyirik və hesab edirəm ki, özünü Ermənistanın böyük bacısı kimi aparan dövlət danışıqlarda vasitəçilik edə bilməz”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev qeyd edib ki, mayın 10-11-də baş verən erməni hərbi təxribatları göstərir ki, Ermənistan 44 günlük müharibədən nəticə çıxarmayıb.
“Ermənistan 30 il danışıqları uzatdı. Bunlar xəstədir, başqa bir dövlətin daxili işlərinə qarışmaqdan imtina etmirlər. Fransa kimi dövlətlər isə onlara dəstək verirlər”.
“Ermənistan və havadarları hələ də vəziyyətin dəyişəcəyi ilə bağlı hansısa möcüzə gözləyirlər. Lakin cənab Prezident Şuşada bəyan elədi ki, baş verən gesosiyasi dəyişikliklər Azərbaycanı getdikcə gücləndirəcək.
Q.Həsənquliyev eyni zamanda Türkiyədə müxalifət liderinin Azərbaycana qarşı çıxışını erməniləri dəstəkləyən manevr kimi dəyərləndirib.
“Azərbaycana münasibətdə Türkiyədə səslənən fikirlərdən təəssüf hussi keçirirəm”-deyə deputat bildirib.