Ermənistanda koronavirusa yoluxanların sayı artdı

16:20 13.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa 2 yeni yoluxma faktı təsdiqlənib.

Hafta.az erməni mətbuatına istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Arsen Torosyan sosial şəbəkə vasitəsilə elan edib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 8 nəfərə çatıb.

Daha 100 nəfər virus şübhəsi ilə əlaqədar karantinə alınıb.

Bundan başqa, Ermənistanda tədris müəssisələri martın 23-dək bağlanıb.

Oxunma sayı 577