Ermənistanın artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub - SON DƏQİQƏ

12:50 14.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.

Hafta.az-ın məlumatına görə, Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu düşmən təxribatının qurbanı olub.

Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurulub.

Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.

Beynəlxalq ictimaiyyət, ATƏT MQ həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar.

Oxunma sayı 2958
Gündəm rubrikasından digər xəbərlər