Ermənistanın təxribatında əsas məqsəd sülh danışıqlarına mane olmaqdır - Sahibə Qafarova

11:10 12.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan tərəfi Azərbaycana qarşı təxribat törədib”.

Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, şəhid olan hərbi qulluqçumuz var, digəri yaralanıb:

“Şəhid olmuş hərbi qulluqçumuza Allahdan rəhmət diləyirik. Törədilən təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu təxribatın törədilməsində əsas məqsəd hazırda aparılan sülh danışıqlarına mane olmaqdır”.

Siyasət rubrikasından digər xəbərlər