Ermənistanın yenidən silahlandırılmasına dair MOSKVADAN AÇIQLAMA

19:09 03.11.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Həm Ermənistan, həm də Azərbaycan bizim strateji tərəfdaşlarımızdır. Bu ölkələrin hər biri müstəqil dövlət kimi yeni silahlara ehtiyacı özü müəyyən edir.

Hafta.az xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin (FSMTC) rəhbəri Dmitri Şuqayev RBK-yə müsahibəsində İrəvanın Rusiya ilə yeni hərbi-texniki əməkdaşlıq müqavilələrində maraqlı olub-olmadığına dair suala cavab verərkən deyib.

“Biz bu və ya digər tərəfə çatdırılmalarda heç bir beynəlxalq öhdəliyi pozmuruq, əslində bu, bütün tərəfdaş ölkələrə aiddir.

Hərbi-texniki əməkdaşlıq həyata keçirilən istənilən dövlətlə bizim müəyyən planlarımız var. Daha uzunmüddətli əsasda biri ilə bu əlaqələr qurulur, biri ilə daha operativdir. Bizim marağımız bu regionda sülhün və sabitliyin qorunmasıdır. Belə ki, aktiv fazada uğurla sönmüş münaqişə yenidən alovlanmasın”, - deyə Şuqayev bildirib.