“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 79-cu hissəsinə əsasən etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir.
Etibarnaməyə xitam verildikdə, etibar edilmiş başqasına etibaretmə qüvvədən düşür. Bir və ya bir neçə şəxsin adından bir və ya bir neçə şəxsə verilmiş etibarnamə onların hər hansı birinin notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən seçdiyi şəxsə qarşı etibarnamə hissəvi xitam olunur. Əgər etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, etibarnaməyə xitam verilməsi barədə ərizəni qəbul edən notarius “Elektron notariat” informasiya sistemində etibarnaməyə xitam verilməsi barədə qeyd yazmaqla, etibarnaməyə xitam verir və ərizəni dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərir. Həmin notarius isə dərhal notariat reyestrində etibarnaməyə xitam verilməsi barədə müvafiq qeyd aparır.