F1 sıralama turunun qalibləri bəlli oldu

19:06 05.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Formula1” Azərbaycan Qran Prisi davam edir. Yarış çərçivəsində F1 sıralama turunun qalibləri bəlli olub.

 

Hafta.az-ın məlumatına görə, yarışda birinci yerdə “Ferrari” komandasında Çarls Lekler, ikinci yerdə “Mercedes-AMG Petronas” komandasının pilotu Luis Həmilton, “Red Bull/Honda” komandasının pilotu Maks Ferstappen isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Formula1” Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində həyata keçirilir.