“Azərbaycanada insan alverinə qarşı mübarizədə DİN tərəfindən intensiv fəaliyyət həyata keçirilir. DİN bu sahədə QHT və digər dövlət orqanları ilə sıx şəkildə əməkdaşlıq edir. Bu, müsbət tendensiyadır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa qeyd edib.
Deputat bildirib ki, insan alveri internet üzərindən genişləndiyinə görə, indiki şəraitdə bunun öhdəsindən gəlmək çətindir. Amma Azərbaycanda bunun öhdəsindən gəlinir.
F.Mustafa məlumata əsasən ötən il ərzində 616 uşağın dilənçiliyə sövq edildiyini, buna görə 300 -dən çox valideynin məsuliyyətə cəlb olunduğunu bildirib.
“Küçədə hansı uşaq dilənçilik edərkən tutulursa, ailəsi müəyyən edilib, valideynlərin əlindən alınmalıdır”.
F.Mustafa eləcə də, bəzi valideynlərin dini təhsil almaq üçün direktora pul verib, uşaqlarını məktəbdən yayındırmasına diqqət çəkib. Onun fikrincə, harada uşağa dini təhsil vermək üçün məktəbdən ayrılma faktı varsa, bunu da insan alveri kimi dəyərləndirmək lazımdır.