FHN Bakıda yağış sularından zərər görən şəxslərə köməklik göstərib

14:06 17.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi yağan yağışlar səbəbindən su ilə dolub.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nəticədə 4-ü azyaşlı olmaqla 6 nəfər köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Sosial rubrikasından digər xəbərlər