Yazını böyüt
Yazını kiçilt
AVRO-2020-də qrup mərhələsinin I turunun daha bir oyunu başa çatıb.
Hafta.az-ın məlumatına görə, B qrupunun ilk matçında Danimarka Finlandiya ilə üz-üzə gəlib.
Çempionatın debütantı olan Finlandiya Joel Pohyanpalonun qolu ilə hesabda önə keçib. Danimarkalılar penalti şansı qazansa da, hesabda tarazlıq yarada bilməyiblər. Üstünlüyünü qoruyan finlandiyalılar AVRO-2020-nin ilk sensasiyasına imza atıb.
Qeyd edək ki, B qrupunda I turun digər görüşündə Belçika və Rusiya qarşılaşır.
AVRO-2020
12 iyun - I tur, B qrupu
Danimarka – Finlandiya - 0:1
Qol: Joel Pohyanpalo, 59
74-cü dəqiqədə Pyer Emil Hoybyerq penaltidən yararlana bilməyib.
Baş hakim: Antoni Teylor (İngiltərə)
Kopenhagen. “Parken” stadionu