“Fitch” 10 böyük iqtisadiyyat üzrə artım proqnozunu endirdi

11:15 17.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq reytinq agentliyi Fitch Ratings ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Yaponiya və Kanada iqtisadiyyatları üzrə orta ÜDM proqnozunu aşağı salıb.

Hafta.az-ın yazdığına görə, Avropada son illər Kovid-19 epidemiyasının azaldılması və qaz böhranından yaranan böyük iqtisadi sarsıntıların tədarük yönlü məhsuldarlıq potensialına davamlı mənfi təsir göstərməsinin gözlənildiyi vurğulanaraq, bunun qismən yavaş kapital vasitəsilə əks olunacağı qeyd edilib.

Açıqlamada, pandemiyadan əvvəlki tendensiyalarla müqayisədə ABŞ və Böyük Britaniyada işçi qüvvəsində iştirak nisbətlərinin davamlı olaraq azalma ehtimalının olduğu bildirilib.

Potensial ÜDM-in gələcək artım sürətlərəi ilə bağlı proqnozlar Böyük Britaniya üçün 0,2 faiz bəndi azalaraq 1,2 faiz, Almaniya üçün 1,1 faiz və Yaponiya üçün 0,5 faiz azaldılıb ki, bu da qismən kapitalın dərinləşməsinin yavaşlamasını əks etdirir.

Açıqlamada, investisiya meyllərinin inkişafı ilə əlaqədar İtaliya üçün proqnozun 0,1 bənd artımla 0,7 faizə, Fransa üçün proqnozun isə 0,1 bənd artımla 1,2 faizə qaldırıldığı bildirilib.

Bəzi ölkələr üzrə artım proqnozunun əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişmədiyinə diqqət çəkilərək, artım proqnozunun Avstraliya üçün 2,1 faiz, Kanada üçün yüzdə 1,5, İsveçrə və İspaniya üçün yüzdə 1,4 olduğu qeyd edilib.

Bəyanatda Fitch Ratings-in baş iqtisadçısı Brayan Koulton, "Ən böyük inkişaf etmiş iqtisadiyyatlarda ÜDM, orta müddətli olsa belə, Kovid-19 pandemiyasından əvvəlki yoluna qayıtmayacaq" deyib.