Son günlər paytaxtın bir sıra mərkəzi küçələrində Formula-1 yarışlarının keçirilməsi üçün avadanlıqların quraşdırılmasına başlanıb.
Belə ki, hazırda küçələrdə dəmir arakəsmələrin yerləşdirilməsi prosesi aparılır. Bəs görəsən, yarışların təşkil olunmasına və hazırlıq prosesinə pandemiyanın təsiri hansı formadadır?
Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə əlaqə saxladı. Qurumun mətbuat xidmətindən deyildi ki, hazırlıqlar hələ ki ilkin mərhələdədir:
“Formula-1 yarışlarının təşkili ilə bağlı onu deyə bilərəm ki, yarışlar ölkəmizdə bu il 4-6 iyul tarixlərində baş tutacaq. Hazırki - pandemiya şəraiti nəzərə alınaraq yarışlar izləyicisiz keçiriləcək. Digər proseslər isə elə əvvəlki qaydada aparılır”.
Qeyd edək ki, “Formula-1” yarışları 1950-ci ildən bəri keçirilir və bu yarışlar dünyanın ən prestijli avtoidman çempionatı olmaqla yanaşı, həm də ilboyu keçirilən ən məşhur idman seriya yarışlarıdır. Bakı ilk dəfə olaraq 2016-cı ildə "Formula 1"ə ev sahibliyi edib. Bundan başqa, Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb. Çempionat dörd qitəni əhatə edir və ümumilikdə 21 ölkədə yarış keçirilir.
Xatırladaq ki, ötən il pandemiya səbəbindən yarışlar təxirə salınmışıdı.