Formula 1 Türkiyə Qran-Prisi cari mövsümün ən yaxşı yarışı seçilib

10:51 27.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Formula 1 Türkiyə Qran-Prisi cari mövsümün ən yaxşı yarışı seçilib.

Hafta.az xəbər verir ki, Formula 1-in rəsmi saytında azarkeşlər arasında aparılan sorğuda dünya çempionatının Türkiyə mərhələsi 33 faiz səs toplayıb. İtaliya Qran-Prisi 25 faiz səslə ikinci, Bəhreyndə təşkil olunan Sahir Qran-Prisi isə 18 faizlə üçüncü olub.

İlk beşiyi dünya çempionatının Avstriya və İtaliyada keçirilən Toskana Qran-priləri tamamlayıb.