Fransanın neokolonial siyasəti ifşa olunur - Rəy

10:04 27.02.2024
Yazını böyüt
Yazını kiçilt

“Fransanın regionla bağlı neokolonialist siyasəti bölgəni nəzarətdə saxlamaq iddiası ilə bağlıdır. Yeni qurulan dünya düzənində Şərqdən Avropaya qədər uzanan mühüm layihələrdən kənarda qalan Fransa, Avropa Biriyinin bəzi dövlətləri Ermənistanı bölgədə gərginlik yaratmağa təhrik etmək üçün əllərindən gələni edir, revanşist qüvvələri silahlandırırlar".

Bunu hafta.az-a politoloq Rauf Məmmədov Fransanın neokolonializm siyasətinin ifşası və onun nəticələri badə açıqlamasında bildirib.

F.Məmmədov hesab edir ki, bu gün geniş müzakirə olunan COP29 konfransı, Fransanın bölgədə mülki missiya ilə oynadığı rol, Ermənistanı silahlandırması, ABŞ kimi beynəlxalq qlobal güclərin bir çox hallarda qərəzli çıxışları, Çindən Avropaya gedən Orta Dəhliz, keçmiş İpək yolu uğrunda qrupların apardığı siyasətlə bağlıdır.
“Fransanın neokolonialist siyasəti daim özünü mərkəz güc olaraq saxlamağa yönəlib. Fransa nəinki Avropaya, bütün dünyaya nəzarəti ələ keçirmək üçün müstəmləkə siyasətini yeni dünya düzəninə görə düzənləmək istəyir. Lakin Şərqdən Avropaya gedən əsas logistik xəttlərin üzərindən keçən Azərbaycanın hazırki reallıqda tutduğu mövqe və gücü Fransanın bu məqsədlərinin qarşısını alır. Fransanın hazırda Ermənistan üzərindən həyata keçirmək istədiyi neokolonial siyasət ifşa olunur”.

R.Məmmədov hesab edir ki, Fransa öz məqsədinə çatmaq üçün cəhdlərini davam edəcək. Ona görə də Azərbaycan və onunla birlikdə eyni ideoloji kursu daşıyan dövlətlər öz sözünü deyir və deməlidir.

Siyasət rubrikasından digər xəbərlər