Fransız futbolçu Messi, Neymar və Ronaldonu geridə qoydu

11:45 19.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə matç Fransa yığmasının hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.

Hafta.az xəbər verir ki, o, görüşdə (14:0) het-trik etməklə karyerasında 300-cü qolunu vurub.

Mbappe bunu 24 yaşında bacarıb. Lionel Messi, Kriştiano Ronaldo və Neymar isə 300 qol həddinə 25 yaşında çatıblar. O, həm də milli komandanın heyətində 46-cı qolunu vurub və komandanın bombardirləri siyahısında 3-cü yerə yüksəlib.

Oxunma sayı 143