Futzal millimiz Rusiyaya qalib gəldi

22:20 30.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Futzal üzrə Azərbaycan milli komandası DÇ-nin elit-raund mərhələsində bu gün növbəti oyununu keçirib. 
 
Hafta.az xəbər verir ki, millimiz Osiek şəhərindəki “Qradski vrt Arena”da Rusiya yığması ilə qarşılaşıb. Görüşü italiyalı hakimlər - Alessandro Malfer,  Angelo Galante və Chiara Perona idarə edibllər.
 
Qeyd edək ki, yığmamız ilk oyunda ev sahibi Xorvatiya komandasına 0:2 hesabı ilə məğlub olmuşdu. Şimal qonşularımız isə ilk turda Slovakiyanı 7:1 hesabıyla məğlub etmişdi. Amma futzalçılarımız bu çətin və dramatik qarşılaşmadan qalib ayrılmağı bacarıblar. 
 
DÇ-nin elit-raund mərhələsi
30 yanvar
 
Azərbaycan - Rusiya 4:3
Qollar: R.Vilela, 01:44. K.Everton, 33:31; 39:24. İ.Atayev, 36:45 - Romulo, 15:28. D.Davıdov, 17:33. A.Antoşkin, 39:40.