Futzal üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub

16:11 19.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan milli komandasında növbəti təyinat olub.

Futzal Federasiyasından hafta.az-a bildirilib ki, Fərid Ələkbərov məşqçi kimi baş məşqçiyə kömək edəcək.

Qeyd edək ki, müxtəlif illərdə “Fener”, “Neftçi” İK, EKOL, “Baku Fire”, “Araz-Naxçıvan” klublarının, həmçinin millinin formasını geyinmiş 40 yaşlı F. Ələkbərov Azərbaycan çempionu və kubokun qalibi olub.