"Yuxu hormonları kimi tanınan, orqanizmdə gecələr yaranan və bədəndə yığılmadan sürətlə qana qarışan melatonin bir çox bioloji funksiyanın tənzimlənməsində önəmli rol oynayır".
Hafta.az-ın yazdığına görə, bu barədə açıqlama verən Türkiyədəki İbn Sina Xəstəxanasının həkimi, tibb elmləri doktoru Fadimə Tülücü deyib ki, əgər kimsə güclü immum sistemi olmasını istəyirsə, mütləq gecə saat 11-2 arasında yuxuda olmalıdır. "İnsan beyni gecə yuxu, gündüz isə oyanıqlıq üzərinə proqramlanıb. Melatonin istehsalı gecə saat 23.00-02.00 arasında ən yüksək səviyyəyə çıxdığı üçün xüsusilə bu saatlarda insan yuxuda olmağa çalışmalıdır. İmmum hüceyrələrinin aktivliyi gecələr vaxtlı vaxtında yatan adamlarda yatmayanlara və ya gündüz yatıb, gecəni oyaq qalanlara nisbətən daha güclü olur. Bu da immum sistemini zəiflədərək daha tez-tez və heç nəədn xəstələnməsinə gətirib çıxarır", - deyib türkiyəli tibb mütəxəssisi. Onun sözlərinə görə, hər bir insanın gecə yuxusu mütləq mənada 5 saatdan az olmamalıdır. Eləcə də, 9 saatdan artıq yatmağın nəinki faydası yoxdur, əksinə ziyanları var.
Doktor Tülücü deyib ki, insan gecələr yaxşı yatmaq üçün səhər günəş içşığında işə başlamalı, güündüzlər bol günəş şüası qəbul etməli və necə deyərlər, biyoloji saatlarının düzgün işləməsini təmin etməlidirlər. "Bu səbəbdən də gündüzlər yatmaqdan çəkinin. Hər gün eyni saatda yatağa girməyə çalışın və yatmazdan öncə qısa da olsa musiqi dinləyin. Bunlar zehni dincəldən üsullardır. Gün ərzində idman da edə bilərsiniz, amma yatmağa 4-5 saat qalmış heç bir idman etmək olmaz, ziyanını çəkə bilərsiniz", - deyib doktor Tülücü.
Mütəxəssis onu da əlavə edib ki, bəziləri yatağa qulaqlarında qulaqcıqla girirlər - bu orqanizmə böyük zərbədir. Üstəlik, spirtli içki və ya tərkibində kofein olan içəcəklər içib yatmaq orqanizmi hətta ölümə apara bilər. Bundan əlavə, yatağa ac və ya çox tox şəkildə girmək də orqanizmə zərbədir.