Yazını böyüt
Yazını kiçilt
Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası davam edir.
Hafta.az-ın məlumatına görə, təşkilat komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev ötən günlər keçirilən müzakirələrdən danışıb.
Nazir bildirib ki, ötən müddətdə Bakı sessiyasında 29 nominasiya UNESCO-nun siyahısına salınıb. Bir fayl isə geri götürülüb: “UNESCO-nun Dünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Bunlardan 869-u mədəni, 213-ü təbii, 39-u qarışıq irs nümunəsidir. Gələn il keçiriləcək 44-cü sessiyada 160-dan çox sahənin siyahıya daxil edilməsinə baxılacaq”.