Gələn il üçün DSMF-nin gəlir və xərcləri açıqlanıb

13:35 21.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sosial Müdafiəsi Fondunun dövlət büdcəsində gələn il üçün gəlir və xərcləri bərabər olaraq 5 milyard 146 milyon manat məbləğində proqnozlaşdırılır.

Hafta.az-ın məlumatına görə, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur.