Gəncə və Balakəndə sahibkarların təklifləri dinlənilib - FOTO

12:50 09.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə və Balakən gömrük idarələrində sahibkarlarla görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a bildirilib ki, xarici ticarət iştirakçılarının təklif və rəylərinin öyrənilməsi, gömrük-biznes münasibətlərində qarşılıqlı etimad mühitinin daha da gücləndirilməsi məqsədilə təşkil edilən görüşlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, gömrük orqanlarının strateji hədəfləri, eyni zamanda, tətbiqinə başlanılan və gələcəkdə reallaşdırılması planlaşdırılan layihələr barədə məlumat verilib.

Həmçinin xarici ticarət iştirakçılarına “Məcburi Qərarlar”, “Elektron hesab səhifəsi”, “Yaşıl dəhliz” layihələrinin gömrük əməliyyatlarının, rəsmiləşdirmə proseslərinin sürətləndirilməsi və asanlaşdırılması baxımından faydaları, onlardan istifadəyə dair təlimatla bağlı məlumat verilib.

Sonda sahibkarların təklif və rəyləri dinlənilib, onların sualları cavablandırılıb.