Gəncədə ər arvadını xəstəxanalıq etdi

17:48 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə qadın döyülüb.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin Sevil Qazıyeva küçəsində baş verib.

Belə ki, şəhər sakini 1982-ci il təvəllüdlü Pərvanə İsmayılova kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.