Yazını böyüt
Yazını kiçilt
Gəncə şəhərində orta məktəb şagirdləri arasında zəhərlənmə qeydə alınıb.
Hafta.az xəbər verir ki, Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
Bir neçə şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara tibbi yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Onlar 2015-ci il təvəllüdlü F. İsmayılov, 2015-ci il təvəllüdlü X. Tağıyeva, 2014-cü il təvəllüdlü Ə. Zeynalov, 2015-ci il təvəllüdlü N. Məmmədova, 2015-ci il təvəllüdlü A. Məmmədzadə, 2014-ci il təvəllüdlü T. Cəfərzadə, 2015-ci il təvəllüdlü H. Huseynli və 2015-ci il təvəllüdlü Ə. Mirzəyevdir.
Faktla bağlı araşdırma aparılır.