Gəncədə Vətən müharibəsi iştirakçısı qəzada həlak olub

09:39 04.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə Vətən Müharibəsi iştirakçısı həlak olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hafta.az-a açıqlamasında bildirib ki, Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə o, əlavə edib.