Gəncəyə qazın verilişi bərpa olundu

16:38 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində ikigünlük fasilədən sonra təbii qazın verilişi tam bərpa edilib.

Hafta.az-ın məlumatına görə, şəhərin bəzi ərazilərinin "mavi yanacaq"la təchizatı ötən gün axşamdan mümkün olub.

Xatırladaq ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaztənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-i və 9-da “Gəncə-1", "Gəncə-2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatı dayandırılıb.