Gennadi Züqanovdan Türkiyə prezidentinə tövsiyə

12:25 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanov Kremlə yaxın “Komsomolskaya Pravda” qəzetinə müsahibə verib. Müsahibə zamanı müxbir Aleksandr Qamov sədrə "Yoldaş Züqanov, yoldaş Ərdoğana nə tövsiyə edərdiniz?" sualını verib.

Hafta.az-ın yazdığına görə, Türkiyədəki seçkilərdən danışan Züqanov söhbətə “Mən Ərdoğanın siyasətini bilirəm, Türkiyəni çox yaxşı tanıyıram və orada baş verənləri anlayıram” deyərək başlayıb.

Türkiyədəki bir çox böyük şəhər və sahil bölgəsinin "Amerikapərəst siyasət yürüdənlərə səs verdiyini" deyən Zyuqanov, "Ancaq Türkiyənin qalan hissəsi buna qarşıdır. Bu səbəbdən köklü xarakterli bir qarşıdurma var", - əlavə edib.

Müxbir "rəngli inqilablardan qaçmaq üçün yoldaş Ərdoğana nə tövsiyə edərdiniz?" deyə soruşduqda, Zyuqanov suala belə cavab verib: “Təklif edirəm ki, o, cəmiyyəti birləşdirəcək, onlara real müstəqillik və suverenlik verəcək bir xətt tutsun. Bu cür siyasətlər həmişə bütün kütlələr tərəfindən yaxşı qarşılanır. Həmçinin onların əleyhdarları tərəfindən də. Rusiya ilə mümkün qarşıdurma, şübhəsiz ki, Türkiyəyə zərər verəcək”.

Siyasət rubrikasından digər xəbərlər