Gərginlik üçtərəfli komissiyanın işini çətinləşdirir - Overçuk

12:12 11.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.

Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (EEF) çərçivəsində jurnalistlərə bildirib.

“Təbii ki, hər hansı kəskinləşmələr həmişə işimizə mənfi təsir göstərir, ləngidir, biz yenidən qayıdıb oturub işə başlayana qədər vaxt keçir”, - deyə o, müvafiq sualı cavablandırıb.

O qeyd edib ki, bunun üçün şərait yetişəndə ​​Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin (Oveçruk-Qriqoryan-Mustafayev) yeni görüşü baş tuta bilər.

“İş əlaqələri daim qorunur. Şərait yetişsə, mütləq görüşəcəyik” deyib.