Gömrük nəzarətindən gizlədilən 3400 "Marlboro" müsadirə edildi

12:04 27.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük yoxlaması zamanı avtomobilin yan hissələrində olan ehtiyat alətlər sandığının içərisində gömrük nəzarətindən gizlədilən 3400 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Sosial rubrikasından digər xəbərlər