Goranboy sakini dəm qazından zəhərlənib

10:18 10.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy sakini dəm qazından zəhərlənib.

Hafta.az-ın məlumatına görə, hadisə yanvarın 9-u saat 23 radələrində Goranboy rayonu, Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1970-ci il təvəllüdlü İsmayılzadə Namiq Nemət oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.