Göyçayda itlərin hücumuna məruz qalan məktəbli ölüb

13:20 27.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda itlərin hücumuna məruz qalan yeniyetmə oğlan ölüb.

APA-nın xəbərinə görə, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb. O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.