Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq

17:11 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeoroloji Xidməti Hava şəraitinin qeyri-sabit keçməsi haqqında xəbərdarlıq edib.

Hafta.az-ın məlumatna görə, Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 19-u axşam şimal və qərb rayonlarından başlayaraq 21-dək ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal ərazilərdə dolu düşəcəyi ehtimal olunur.

Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 28-33 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal var.

Oxunma sayı 54